Fonda edilən ianə bir günə 11 milyon artdı

Fonda edilən ianə bir günə 11 milyon artdı

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr göndərilməkdə davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 26-sı saat 20:40-a olan məlumata görə, ümumilikdə fonda 90 milyon 155 min 635 manat pul köçürülüb. Bu vəsait 1068 hüquqi, 2192 fiziki şəxsin ianəsi ilə toplanıb.

Qeyd edək ki, martın 25-nə kimi fonda 78 milyon 764 min 611 manat pul köçürülüb. Son bir gün ərzində təxminən 11 milyondan çox manat ianə edilib.

 

Mənbə: qafqazinfo.az