ABŞ-da koronavirusa görə işsiz qalan 3.3 milyon insan konpensasiyaya müraciət edib

ABŞ-da koronavirusa görə işsiz qalan 3.3 milyon insan konpensasiyaya müraciət edib

Keçən həftə ölümcül koronavirusa görə Birləşmiş Ştatlarda minlərlə iş yeri bağlandığı üçün rekord sayda (3.3 milyon) işsiz qalan insan işsizlik konpensasiyası üçün müraciət edib.

İşsiz qalanların müraciəti ilə bağlı sənədləşmə işləri ilə məşğul olan bəzi dövlət idarələri bunun öhdəsindən gələ bilmir. Sənədlərini elektron qaydada və ya idarələrə təqdim etmək istəyənlər saatlarla gözləməyə məcbur olur.

Nyu-York və Oreqon da daxil olmaqla, bəzi ştatlarda işsizlərə konpensasiyaya müraciət saytları sıradan çıxıb.

Ötən həftə müraciət edənlərin sayı 1982-ci ilin yüksək inflyasiyası dövründə olduğundan daha çox olub. O zaman 695 min İnsan işsizlik təzminatı üçün müraciət etmişdi.

İqtisadçılar milyonlarla yeni işsizliyin koronavirusun vurduğu iqtisadi zərərin yalnız bir göstəricisi olduğunu deyir.

Mənbə: www.amerikaninsesi.org