Ağasif Şakiroğlunun rəhbərlik etdiyi partiya marafona qoşuldu, Fonda 500 manat köçürüldü

Gələcək Azərbaycan Partiyası (GAP) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat ianə edib

Partiyadan Pravda.az-a verilən məlumata görə, GAP sədri Ağasif İbrahimov (Şakiroğlu) adından edilmiş maddi yardım partiya üzvlərinin könüllü qaydada topladığı vəsait hesabına formalaşıb.

“Bu, çətin zamanda bəşəriyyətdə tüğyan edən virusla mübarizədə xalqı və dövləti tək qoymamaq istəyindən irəli gəlib. Bu məqsədlə kompaniyaya qoşulan Gələcək Azərbaycan Partiyasının 500 üzvü “hərəyə 1 manat” adlı marafon keçirərək bu vəsaiti toplayıb və fondun balansına köçürülüb. Niyyətimiz həmrəy olduğumuzu göstərmək və “hər şeyi dövlət etməlidir!” prizmasından uzaq olaraq epidemya ilə mübarizədə payçı olmaqdır. Azərbaycan iqtidarda və ya müxalifətdə olmağımızdan asılı olmayaraq hər birimizin ana vətənidir! Bu ölkənin vətəndaşları isə siyasi baxışlarından asılı olmayaraq bu məmləkətin övladlarıdır! Hesab edirik ki, bütün siyasi partiyalar hamılıqla bu təşəbbüsə qoşulmalı və ölkəsinə koronavirusla mübarizədə tövhə verməklə yanaşı, belə addımlarla dövlətin yanında olduqlarını ifadə etməlidirlər. Bu gün həmrəylik və birlik zamanıdır!” – məlumatda qeyd olunub.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir yeniyetmə koronavirusdan öldü

SONRAKI XƏBƏR

Rusiya ilə Polşa arasında gərginlik - Səfir XİN-ə çağırıldı