Rusiyanın avtomobil zavodları fəaliyyətlərini dayandırır

Rusiyanın avtomobil zavodları fəaliyyətlərini dayandırır

Rusiyada yerli və xarici avtomobil istehsal edən zavodlar gələn həftədən etibarən fəaliyyətlərini dayandıracaqlar.

İndex.az xəbər verir ki, Rusiya prezidentinin fərmanına əsasən ölkədəki avtomobil zavodları koronavirus pandemiyası ilə əlaqədar olaraq 30 martdan 3 aprel tarixinə kimi fəaliyyət göstərməyəcəklər.

Qeyd edək ki, 25 martda qəbul edilmiş qərara əsasən Rusiyada fəaliyyət göstərən “AvtoVaz”, “KamAz”, “QAZ Qrup”, “Sollers Qrup”, “Ford Sollers”, “Hyundai”, “Haval”, Nissan”, “Toyota, “Volkswagen” və PSA Qrup” zavodları fəaliyyətlərini dayandıracaqlar.

MediaPost

Mənbə: index.az