Korornavirus Avrasiya İqtisadi Birliyini "öldürəcəkmi"? – Ermənilər bərk qorxuya düşüb

Korornavirus Avrasiya İqtisadi Birliyini "öldürəcəkmi"? – Ermənilər bərk qorxuya düşüb

Avrasiya İqtisadi Birliyi (AİB) tərəfindən qəbul edilən bir sıra mallara idxal rüsumlarının sıfırlanması ilə bağlı unikal qətnamə qüvvəyə minib. Qərar 2020-ci ilin martından sentyabr ayına qədər olan müddətə aiddir. Bu, pandemiya ilə mübarizədən qaynaqlansa da, uzaq perspektivlərə hesablanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.

Mənbə bildirir ki, koronavirus, addım-addım dünya iqtisadiyyatının və siyasətinin qurumlarını məhv edir və pandemiyadan sonra dünyanın fərqli olacağı artıq bəllidir. Transformasiyanın miqyası əhəmiyyətli olacaq.

Bu transformasiyalar böyük, hətta millətlərarası qurumlar və ümumi məkanlar üçün də ölüm riskinə çevrilir.

Fransa prezidenti Makron G20 liderləri ilə videokonfransda AB birliyinin təhlükə altında olduğunu söyləyib.

İtaliyada AB-nin davranışından məyusluq göz qabağındadır. Oyunun qaydaları koronavirus tərəfindən diktə edilsə də, AB ölkələri bunun qarşısında aciz qalıb.

Avropa Birliyi təhlükənin öhdəsindən gələ bilmirsə, Avrasiya İqtisadi Birliyi haqqında nə deyə bilərik?

Və bu vəziyyətdə AİB ölkələrinin liderlərinin demək olar ki, bir-biri ilə ünsiyyət qurmaması bu qurumda çox şey göstərir.

Göründüyü kimi, bu, heç bir məna kəsb etmir və pandemiya AİB-nin mənasızlığını daha da üzə çıxarıb.

Neft bazarı da əsas rol oynayıb. Bu, AİB-nin hədəflərindən birini – vahid enerji bazarını hədəfə alır. Dünya bazarında neftin qiyməti aşağı düşərsə, o zaman AİB ölkələrindən Avrasiya bazarında enerji üçün faydalar gözləməsinin heç bir mənası yoxdur.

İnqilabdan sonra Nikol Paşinyan bu hədəfdən danışaraq, AİB-də qalmağın mənasını əsaslandırdı. Əslində bu mənanı da böhran səviyyəsinə salmaq olar.

Bu mənada Baş nazirin müavini Mqer Qriqoryan deyib ki, dünya neft bazarında qiymətlər aşağı düşməyə davam edəcəksə, Ermənistan qaz qiymətlərinin neft qiymətləri ilə əlaqələndirilməsi məsələsində Rusiyaya müraciət edə bilər.

Koronavirusun dağıdıcı paradı Avrasiya İqtisadi Birliyinə çatacaqmı?

Bəlkə başlanğıcdan ölü doğulan bir qurumun ölüm gününü qeydiyyata alaq?

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az