Bazarda böyük ŞOK: Satışda qızıl yoxa çıxdı

Bazarda böyük ŞOK: Satışda qızıl yoxa çıxdı

Amerikalı investor və bankirlər təşviş içindədir. Onlar böyük bir problemlə üzləşiblər.

Məsələ burasındadır ki, ABŞ-da demək olar bütün qızıl külçələr satılıb.

Cebhe.info xəbər verir ki, 19-cu əsrdən bu bazarda olan “Credit Suisse Group AG” müştərilərinə bütün ehtiyatlarının qurtardığını bildirib.

Qeyd edib ki, yaxın zamanda qızıl külçə satışı gözlənilmir.

İş o həddə çatıb ki, britaniyalı bankirlər öz külçə qızıllarını Nyu-York birjasına aparmaq üçün xüsusi təyyarə icarəyə götürməli olublar. ABŞ-da bu həftədə qızılın qiymətində 9 faiz bahalaşma olub. Qızılın bir ünsiyası1620 dollara satılıb.

Bu, son 7 ilin ən yüksək qiymətidir.

Mənbə: cebhe.info