Sumqayıtda bu marşrut xətti bağlandı - koronavirusa görə...

Sumqayıtda bu marşrut xətti bağlandı - koronavirusa görə...

Sumqayıtda şəhərdaxilifəaliyyət göstərən "1”saylı marşrut xətti fəaliyyətini bu gündən tamamilə dayandırıb.

Bu barədə Xeberle.com-a Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi TofiqSaydumov məlumat verib. T. Saydumov marşrut xəttinin fəaliyyətini dayandırmasını belə əsaslandırıb: "Bildiyiniz kimi bu gündən bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır. 1 nömrəlimarşrutun hərəkət xəttinin də bir hissəsi parkdan keçirdi və bu gündən marşrutfəaliyyətini tamamilə dayandirib. Boş marşrutun xəttə buraxılmasına bir lüzumyox idi.”

Qeyd edək ki, Azərbaycanda bütün bulvar, park və istirahətməkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Mənbə: xeberle.com