Türkiyədə odekolon və dezinfeksiya məhsullarının istehsalına vergi dəstəyi göstərilir

Türkiyədə odekolon və dezinfeksiya məhsullarının istehsalına vergi dəstəyi göstərilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə koronavirusa qarşı mübarizədə geniş istifadə olunan məhsulların əsas xammalı olan etil spirtinin idxalı üçün böyük vergi güzəşti edilib. Sərəncama əsasən, qablaşdırılmamış etil spirtinin idxalı "son istifadə məqsədi ilə güzəştli gömrük vergisi tətbiq olunan kənd təsərrüfatı məhsulları siyahısı"na əlavə edilib. Beləliklə, odekolon və dezinfeksiya maddələrinin istehsalında istifadə olunan etil spirtinin idxalı üçün gömrük vergisinin dərəcəsi sıfıra endirilib.

Mənbə: vergiler.az