Neft ölkələrinə çağırış: Hasilatı dayandırın, yoxsa… - TƏHLÜKƏLİ SON

Neft ölkələrinə çağırış: Hasilatı dayandırın, yoxsa… - TƏHLÜKƏLİ SON

“Dünyada neft hasilatını təcili dayandırmaq lazımdır . Ancaq bu yolla tələb -təklif bazarında kollapsdan qaçmaq mümkündür”.

Cebhe.info xəbər verir ki, bunu “IHS Markit" konsaltinq şirkəti bəyan edib. “Bloomberg”in məlumatına görə, 3 aydan sonra neft hasilatçısı olan ölkələr neft anbarlarının çatışmazlığı ilə üzləşəcək. Bundan ilk zərər görən isə Rusiya olacaq.

Qeyd olunur ki, Rusiyada neft anbarları sayca azdır və hasil olunaraq satılmayan neft həcmi üçün adekvat deyil.

ABŞ və Səudiyyə Ərəbistanında da bu baxımdan vəziyyət yaxşı deyil, ancaq Rusiya ilə müqayisədə daha pis hesab edilə bilməz.

Mütəxəssislər hesab edirlər ki, təklif tələbi sutkada 12,4 milyon barel üstələyəcək, bu da bu ilin ikinci rübündə baş verəcək. Ehtiyat isə 1,8 milyard barel artacaq.

Xatırladaq ki, dünən neft bazarında "Brent" markalı neftin bir bareli son 20 ilin ən aşağı həddində olub-24,21 dollar. Rusiyanın “Urals” neftinin bir bareli isə artıq Avropa bazarında 18 dollara satılır.

Neftin qiyməti koronavirusun yayılmasıyla bağlı Çində tələbatın azalması, eləcə də OPEK+ sazişinə Rusiyanın etirazı ilə əlaqədar dəyişib. Səudiyyə Ərəbistanı neftin qiymətini azaldıb və bu, bazarda şok effekti yaradıb.

Mənbə: cebhe.info