Xırdalan sakini: “Avtobuslarda sərnişin sıxlığı ilə virusun yayılmasının qarşısını almaq çətindir” - FOTO

Xırdalan sakini: “Avtobuslarda sərnişin sıxlığı ilə virusun yayılmasının qarşısını almaq çətindir” - FOTO

Xırdalan sakini avtobuslarda sərnişin sıxlığından narazıdır.

Bu barədə Oxu.Az-a Xırdalan sakinindən gələn şikayətdə qeyd olunub.

Vətəndaş iddia edir ki, paytaxtdan Xırdalan istiqamətində fəaliyyət göstərən 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda vəziyyət acınacaqlıdır:

“Ölkədə koronavirusla mübarizə çərçivəsində müvafiq qərarlar qəbul edilir. Təyin olunan qaydalara riayət olunması üçün aidiyyəti orqanlar tərəfindən tədbirlər görülür. Buna baxmayaraq, Bakı-Xırdalan istiqaməti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarında isə qaydalara əməl olunmur.

Hər gün işdən evə bu vəziyyətdə gəlirik. 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda hər səhər və axşam saat 17:00 - 18:00 arası vəziyyət acınacaqlıdır. İnsanlar öskürür, asqırır, ancaq yenə də maskalardan istifadə etmirlər.

Avtobus sürücüləri sərnişin yerlərinin sayından çox adam daşımağa meyillidir. Bu qədər sərnişin sıxlığı ilə xəstəliyin sürətlə yayılmasının qarşısını almaq çətindir. Xahiş edirik, məsələni ictimailəşdirəsiniz”.

Mənbə: seherxeber.org