Bakıda “Bravo”nun daha bir filialı açılır

Bakıda “Bravo”nun daha bir filialı açılır

“Bravo” marketlər şəbəkəsinin daha bir mağazası açılacaq.

Banker.az xəbər verir ki, növbəti “Bravo” aprelin 2-dən Zahid Xəlilov küçəsi, 576-cı məhəllə, “Renessans Palace” YK ünvanında istifadəyə veriləcəkdir.

Bildirək ki, “Bravo” marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC-yə məxsusdur. Hazırda “Bravo”lar hipermarket, supermarket, ekspress formatlarında fəaliyyət göstərirlər.

Onu da qeyd edək ki, Bravo-nun 47 supermarketi Bakının bir çox yerlərində fəaliyyət göstərir, onlardan 22-si 24/7 işləyir.
 

Mənbə: banker.az