Əhalinin ərzaqla təminatında heç bir problem olmayacaq

Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəmizdə tətbiq olunan bəzi məhdudiyyətlər əhalidə əsassız narahatlığa səbəb olub. "Veysəloğlu" şirkətlər qrupuna daxil olan "AVT Logistika" MMC-nin anbarlar üzrə direktoru Bilge Çağlayanın sözlərinə görə, əhalinin narahatlığına heç bir əsas yoxdur. Həm supermarketdə vitrinlər, həm də anbarlar müxtəlif çeşiddə məhsullarla doludur: "Rəsmi məlumatlarda bildirildiyi kimi, qonşu ölkələrlə sərhədlərin bağlanması yalnız insanların gediş-gəlişinə şamil edilir.

Əslində bu koronavirusla mübarizədə qərara alınmış effektiv bir qərardır, ancaq bu məhdudiyyət yüklərin daşınmasına tətbiq olunmur. İstər hava yolu, istər dəmir yolu, istərsə də yük avtomobilləri ilə yükdaşımada heç bir problemimiz yoxdur.

Bakıdakı sadəcə bir anbarımızın 45 min ton məhsul tutumu var. Buradan hər gün min supermarketə məhsul tədarük olunur. Əgər bu anbara heç bir məhsul daxil olmasa, hazırda ehtiyyatda olan məhsullarımız 4 ay ərzində ölkə əhalisini ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin etməyə yetər. Hazırda xarici ölkələrdən zəruri tələbat malları gətirən 200-ə yaxın yük avtomobilimizin də Azərbaycana gəlməsində heç bir problem yoxdur".

Vergiler.az

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq federasiya prezidenti koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

İspaniyada koronavirus bəlası - 5690 ölü