İstehlakçılar koronavirus hayında, kommunal xidmətçilər pul axtarırlar

İstehlakçılar koronavirus hayında, kommunal xidmətçilər pul axtarırlar

“Qanpulu Mamed “ görəvdən alındı, qan(pulu) alınmadı
Azərbaycanda koronavirusla savaş , 15 gün olar , xüsusi rejim həddinə çatdırılıb. Bu ümumxalq, ümumbəşəri bəladan qurtulmağın başlıca yolu virus daşıyıcısı olmamaqdan yana , mümkün olduqca , canlı ünsiyyətdən yayınmaqdan, özünü ayırmaqdan keçir . Hətta ali dövlət hakimiyyəti orqanları vətəndaş müraciətlərinin poçt qutusu vasitəsilə ilə qəbulunu dayandırıb və elektron qaydada, online rejimdə işləməyə keçiblər . Milli Məclisdə isə online dinləmələr keçiriləcəyi bildirilir. Bəs istehlakçı - xidmətçi ilişgiləri necə tənzimlənir?
Kommunal xidmət qurumlarının “örnək addımları” qonusu medianın gündəmindən düşmür. “Azərsu”yun mənzilin içində olan sayğacların oxunmasını müvəqqəti dayandırmasından tutmuş, “Azərişıq” xidmətçilərinin borc haqqında bildirişlərdən imtinasına kimi bilgilər yayılır . Gerçəkdə isə “Azərsu” ASC-nin pulyığanları sayğac oxumadan şişirtmə borc qəbzlərini mənzillərin qapısına asmaqda ustalaşıblar. Novruz bayramı günlərində rayonlara gedib , hələ də rayon “evlərində qalanlar”a da şişirtmə supulu yazılır. “Azərişıq” ASC-nin Nəzarət Departamentinin Texniki Nəzarət İdarəsi isə lap “gül vurur” . Sözügedən idarənin əməkdaşları on illər qabaq elektrik enerjisi ilə təchiz olunmuş kiçik sahibkarlıq obyektlərinə xəbərdarlıq blankı ilə 7 günə “ obyektin faktiki gücünə uyğun texniki sənədlər toplusunun, balans mənsubiyyəti və istismar məsuliyyəti xidmət sərhəd aktının , elektrik enerjisi alqı-satqı müqaviləsinin , obyektdaxili naqillərin izolyasiya müqavimətinin profilaktik sınaq protokollarının təqdim edilməsini “ tələb edirlər. Tələb olunanların gerçəkdə texniki şərtin hazırlanmasına gərəkən sənədlər olması üzə çıxır . Halbuki, NK-nın qərarına əsasən elektrik enerjisi ilə təchiz olunmuş istehlakçılardan yenidən texniki şərt almalarını tələb etmək yolverilməzdir. Belə xəbərdarlıqla işıq xidmətçilərinin “reketlik” etmələri, özəlliklə kiçik sahibkarlıq obyektlərinin – köşklərin, ərzaq mağazalarının fəaliyyətinə maneçilik törətmək və qanunsuz ödəniş əldə etmək niyyətində olmaları gün işığı kimi aydındır. Əldə etdiyimiz bir xəbərdarlıqda “ xəbərdarlığı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı “ bölümündə yalnız soyadlar - Yusifov E. S və Babayev F. O yazılıb və xəbərdarlıq blankının qırağında 0502557354 mobil nömrəsi göstərilib. Bunun özü də işıq nəzarətçilərinin qanunsuzluğunu ortaya qoyur. İnsanlar koronavirus hayında , bu xidmət qurumları da pul axtarırlar. Qaz, istilik xidmətləri də su və işıq xidmətçilərindən geri qalmır.
Yazını tamamlayırdım ki, qapının zəngi səsləndi . Poçtalyon bir neçə gün öncə “Sığorta Mamed “ (Əlil-şəhid ailələrinin deyimi ilə “Qanpulu Mamed”) kimi tanınan sədrinin görəvdən alındığı Dövlət Sığorta Kommersiya Şirkətindən məktub gətirdiyini bildirdi. Hökumətin karantin rejiminə belə sayğısızlıq göstərən şirkətin məktubunun qəbulundan özünüqoruma instinkti ilə imtina edib, qanpulumu yeyən, 9 ildir dövlətin adından çıxarılan məhkəmə qərarını da icra etməyən dövlətin sığorta şirkətinin elektron poçtuna yenidən bərpa edilən 9 il qabaqkı bank rekvizitlərimi göndərdim.
Qanpulumuzu yeyiblər , özümüzü qorumağa da imkan verməyəcəklər? Karantin rejimi , yoxsa , xidmət qurumlarına şamil edilmir?
Məğrur Bədəlsoy

Mənbə: teref.az