ABŞ boru kəmərləri operatorları neft hasilatının azaldılmasını istəyir

ABŞ boru kəmərləri operatorları neft hasilatının azaldılmasını istəyir

ABŞ-ın boru kəmərləri operatorları tədarükçülərdən koronavirus pandemiyası şəraitində neft hasilatını azaltmağı xahiş ediblər.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, xüsusilə, ABŞ-ın neft tədarükü və saxlaması ilə məşğul olan iri şirkəti “Plains All American Pipeline LP” tədarükçülərinə hasilatın azaldılması xahişi ilə məktub ünvanlayıb.

Texas ştatının tənzimləyici şirkətindən bildiriblər ki, eyni zamanda, buna bənzər müraciətlər boru kəmərləri operatorlarından daxil olur,

Agentliyin məlumatına əsasən, bu cür xahişlər onu göstərir ki, pandemiya fonunda tələbatın azaldığı dövrdə hasilatın həcmləri saxlama anbarlarının həcmlərini üstələyir.

Mənbə: report.az