Qonşu ölkələrdə yerli valyutaların son durumu - MƏZƏNNƏLƏR

Qonşu ölkələrdə yerli valyutaların son durumu - MƏZƏNNƏLƏR

Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında hər gün dəyişir.

BAKU.WS xəbər verir ki, dolların məzənnəsi ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 78,82 rubla satılır. Ötən həftə (79,86) ilə müqayisədə rubl nisbətən bahalaşıb.

Bundan başqa son bir həftə ərzində Türkiyə lirəsi dollar qarşısında 1 dollar üçün 6,5 lirədən 6,4 lirəyə düşüb.

Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında nisbətən ucuzlaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 3,16 laridən 3,3 lariyə yüksəlib.

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.

BAKU.WS

Mənbə: baku.ws