Dünyanın ən zəngin azərbaycanlısı sərvətinin üçdə birini İTİRDİ

Dünyanın ən zəngin azərbaycanlısı sərvətinin üçdə birini İTİRDİ

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərov 2020-ci ildə ciddi maliyyə itkiləri ilə üzləşib.

Modern.az “Bloomberg” nəşrinə istinadla xəbər verir ki, yanvarın 1-i üçün 22,3 milyard dollar şəxsi sərvəti olan iş adamı, martın 30-na olan məlumata görə cəmi 13,9 milyard dollara sahibdir. Beləliklə, 2020-ci ilin ilk 3 ayında Ələkbərov 8,4 milyard dollar yaxud sərvətinin 37,7%ni itirib. Hazırda o, dünyanın ən zəngin 74-ü iş adamıdır.

Koronavirus pandemiyasının doğurduğu qeyri sabitlik dünya birjalarında neftin ucuzlaşmasına və bununla da iş adamının sahib olduğu “Lukoyl” şirkətinin səhmlərinin ciddi ucuzlaşmasına yol açıb.

Xatırladaq ki, 1950-ci il sentyabrın 1-də Bakının o vaxtkı “Razin”, indiki Bakıxanov qəsəbəsində anadan olmuş Vahid Ələkbərov ailədə 5-ci uşaq idi. O, neftçi işləyən azərbaycanlı Yusif Kərbəla oğlu Ələkbərov və əslən don kazakı olan Tatyana Fedorovna Boçarovanın övladıdır.

Mənbə: modern.az