Avtomobil şirkəti kredit ödənişlərinə 1 AYLIQ FASİLƏ VERDİ!

Avtomobil şirkəti kredit ödənişlərinə 1 AYLIQ FASİLƏ VERDİ!

Skoda avtomobillərinin rəsmi distribüteri SKAZ AUTOHOUSE MMC avtomobil sektorunda daha bir yeniliyə imza atmaqdadır.

Belə ki, şirkət son günlər ölkəmizdə elan edilmiş xüsusi karantin rejimində dəyərli müştərilərini düşünərək, onlara kredit ödənişlərində 1 aylıq müddətdə möhlət tanımaqdadır. Bu qərar daxili kredit ödənişi olan bütün müştərilərə qeyd-şərtsiz tətbiq olunmaqdadır və Aprel ayı üçün kredit ödənişləri təxirə salınmışdır.

Artıq pandemiyaya çevrilmiş “Covid-19” koronovirus epidemiyası ilə mübarizə çərçivəsində Babək prospekti 74 ünvanında yerləşən Skoda avtomobillərinin salon və servis mərkəzində mütəmadi dezinfeksiya işləri görülməkdədir.

"Evinizdə qalın və güvəndə qalın" sloqanı ilə xalqa müraciət edən SKAZ AUTOHOUSE MMC-nin şirkət rəhbərliyi, həmçinin bu çətin günlərdə "Covid-19" virusu ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tələblərinə ciddi riayət etməyə çağırır.

Mənbə: marja.az