Əmlak bazarında bütün proseslər dayanıb - ALICI YOXDUR

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşını almaq üçün davam edən karantin rejimi daşınmaz əmlak bazarından da yan keçməyib. Hazırda satış bazarında da alıcı yox səviyəsindədir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı daşınmaz əmlak bazarındakı vəziyyəti FED.az-a şərh edib. O, digər sahələrdə vəziyyət necədirsə, daşınmaz əmlak bazarında da vəziyyətin eyni olduğunu deyib:

“Məlumdur ki, müvafiq karantin çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti 1 ay müddətinə dayandırılıb. Bundan əlavə, koronavirus informasiyalarından qaynaqlanaraq Azərbaycanda əhalinin psixoloji gərginliyi pik həddədir. Həmçinin ölkədə iqtisadi sahədə baş verən proseslər, xüsusilə neftin qiymətinin kəskin azalması və digər amillər daşınmaz əmlak bazarındakı bütün əməliyyatları dayandırıb. Hazırkı mərhələdə çox ciddi qeyri-dinamik bir vəziyyət müşahidə olunur”.

Ekspert mövcud durumda qiymətlərlə bağlı konkret fikir bildirməyin mümkün olmadığını da deyib:

“Doğrudur, qiymətlərdə azalmaya meyllilik var. Amma daşınmaz əmlak bazarında müəyyən bir dövrü gözləməliyik, bundan sonra bazar üzrə təhlil aparıb nəticəyə müvafiq danışmaq olar”.

Durğunluğun nə zaman başa çatmasına gəlincə, Ramil Osmanlı belə bir proqnoz verməyin çətin olduğunu bildirib:

“Bu durğunluq bilavasitə iqtisadi proseslərlə bağlı deyil. Mövcud vəziyyət dünyadakı pandemiya ilə əlaqəlidir. Vəziyyətin nə vaxt stabilləşəcəyi qeyri-müəyyəndir. Eyni zamanda makroiqtisadi stabilliyin nə vaxt müşahidə olunacağını söyləmək də çətindir. Dünyada neftin qiyməti kəskin şəkildə azalmaqdadır və bu, Azərbaycanın gəlirlərinə çox ciddi şəkildə təsir göstərir. Bu ərəfələrdə idxalın həcmində də kəskin azalma var. Hesab edirəm ki, istər makroiqtisadi, istərsə də pandemiyanın sabitləşməsi tam müəyyən olunduqdan sonra konkret proqnoz irəli sürmək olar”.

Mənbə: fed.az