Ekspert: “Koronavirusla bağlı proseslərə ictimai nəqliyyat sektorunda operativ reaksiya verilib”

Ekspert: “Koronavirusla bağlı proseslərə ictimai nəqliyyat sektorunda operativ reaksiya verilib”

Koronavirusun dünyada yayılmağa başlaması və Azərbaycana ayaq açması müxtəlis sektorlar üzrə məsul qurumları zəruri addımlar atmağa sövq etdi. Nəqliyyat sektorunda səlahiyyətli qurum kimi Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən də görülən ilkin tədbirlərdən biri avtobusların dezinfeksiya edilməsi oldu.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Avtosfer.az saytına verdiyi açıqlamada bildirib ki, sonrakı dövrdə də agentlik tərəfindən baş verən proseslər çox çevik, hətta vaxtında öncə reaksiya verildi:

"Nəqliyyat sektorunda koronavirusla əlaqədar metropolitenin işinin məhdudlaşdırılması avtomatik olaraq sərnişin axınını avtobuslara yönəldirdi. Odur ki, xətlərə buraxılmış avtobusların sayı artırıldı. Sərnişinlərin istifadəsi üçün avtobusların içərisinə dezinfeksiya edici məhlullar yerləşdirildi. Paralel olaraq, insanlar avtobusda səsli mesajlar vasitəsilə mövcud şəraitdə necə davranmalı olduqları barədə maarifləndirilir. Digər tərəfdən, "Bakubus” avtobuslarında oturacaqlar arasında sosial məsafənin gözlənilməsi qaydası tətbiq edilir. Bütün bu tədbirləri də nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət tam nəzarətə götürülüb. Avtobusların hərəkətində hər hansı problem yaşanmır. İnsanlar avtobuslarla rahat şəkildə daşınır. Burda qarşıda duran problem avtobusların içində sərnişin sıxlığının qarşısını almaqdır ki, bununla da bağlı dövlət qurumlar zəruri addımlar atır. Aidiyyatı qurumlar bu prosesə cəlb olunub. Qeyri Hökumət Təşkilatları da bu işdə fəallıq nümayiş etdirir. Müxtəlif vasitələrlə sosial məsafənin saxlanılması ilə bağlı insanları maarifləndirilir. Ekspres avtobusların da xəttə buraxılması sıxlığın azaldılmasına müəyyən təsir göstərir. Ümumilikdə koronavirusla əlaqəli baş verən proseslərə ictimai nəqliyyat sektorunda operativ reaksiya verilib və bu istiqamətdə təqdirəlayiq addımlar atılıb”.

 

www.ann.az

Mənbə: ann.az