Səudiyyə ruslarla neft müharibəsində növbəti zərbəyə hazırlaşır

Səudiyyə ruslarla neft müharibəsində növbəti zərbəyə hazırlaşır

“Brent” markalın neftin qiyməti 21 dollara qədər düşüb. Bu məsələdə Səudiyyə Ərəbistanının Rusiya ilə mübarizədə qalib gəlmək istəyi əsas rol oynayır.

Bizimyol.info xəbər verir ki, ərəb ölkəsi ruslarla neft müharibəsində növbəti zərbəyə hazırlaşır. Hasilat mayda da artırılacaq. Səudiyyə Ərəbistanı sutkada 13,75 milyon barel neft çıxarmağa çalışacaq.

Ərəblərlə ruslarla martın 6-da ortaq məxrəcə gələ bilməmişdi. Rusiya hasilatın azaldılmasını, bununla da qiymət artımına nail olmaq istəyirdi. Razılaşmanın alınmaması əks effekt verdi. Səudiyyə Ərəbistanı hasilatı 9,7 milyon barelə qaldırdı. Bundan sonra “Brent” markalı neftin qiyməti təxminən iki dəfə aşağı düşdü. Ardınca Səudiyyə Ərəbistanı apreldə hasilatı 12,3 milyon barelə qaldıracağını açıqladı.

Ərəb ölkəsi hasil olunan neftin yalnız 3,15 milyon barelini istifadə edir, qalanı ixrac üçün nəzrədə tutulur. Deməli, Səudiyyə Ərəbistanı mayda sutka ərzində 10,6 milyon barel neft satmağı planlaşdırır.

Mənbə: www.bizimyol.info