Azərbaycanda ipoteka kreditləri ilə bağlı - YENİ PROQRAM BAŞLAYACAQ

Azərbaycanda ipoteka kreditləri ilə bağlı - YENİ PROQRAM BAŞLAYACAQ

Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan tədbirlərdən biri kimi, ipoteka kreditlərinə də dəstək proqramı nəzərdə tutulur.

FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

«Bilirsiniz ki, ölkəmizdə, İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. İpoteka ona görə vacibdir ki, bizim fəaliyyətimizin əsas hədəflərindən və sərəncamda verilən tapşırıqlarda olduğu kimi, yalnız qısa müddətli təsiri qiymətləndirmə və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanmasından ibarətdir»

Nazir bildirib ki, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın sürətinin yenidən yığması üçün aparıcı sektorlarından biri olacaq: «Həm əmək tutumluluğuna, həm də tikinti sektoruna zəruri olan böyük həcmdə və sayda xammal və materialların ölkəmizdə istehsal olunması, həm də bir qayda olaraq tikinti sektorunun «multiplikator» effekti var, vətənaşlar yeni mənzillərə sahib olanda bu onların rifahı deməkdir. Ona görə də, bu sahənin canlanması bizim üçün çox vacibdir».

Mənbə: fed.az