İmkansız vətəndaşlara yardım verilməsi üçün petisiya başladılıb

İmkansız vətəndaşlara yardım verilməsi üçün petisiya başladılıb

Xəbər verildiyi kimi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı karantin dövründə əksər dövlət və özəl təşkilatların fəaliyyətini qadağan edib.

Bizimyol.info xəbər verir ki, pandemiya dövründə işsiz qalan günəmuzd işləyən imkansız vətəndaşlara yardım edilməsi məqsdilə petisiya başladılıb.

Petisiyada imkansız şəxslərə 300 manat sosial müavinət ayrılması, bank və kommunal ödənişlərin 2 ay müddətinə təxirə salınması tələbilə keçirilir.

“Biz, bu petisiyanı imzalayanlar koronavirus pandemiyası dövründə insanların kütləvi şəkildə evdə qalmasını təmin etmək üçün minimum tələbatların dövlət tərəfindən qarşılanmasını, bunun üçün ağlabatan və dövlətin qarşılaya biləcəyi məbləğ olan 300 manat vəsaitin vətəndaşlara ödənməsini, eyni zamanda bank kreditlərinin axımının və ödənişinin, həmçinin kommunal xidmətlər üzrə ödənişlərin 1 iyuna qədər təxirə salınmasını istəyirik. Bu, pandemiya dövründə əhalinin sosial təminat baxımından zəif qruplarının tam şəkildə müdafiə olunmasını təmin edə biləcək addımdır”,- deyə petisiyada bildirilib.

Bu saata olan məlumata görə, petisiyanı 1948 nəfər imzalayıb. Kampaniyaya 2500 nəfərin qatılması hədəflənib.

Mənbə: www.bizimyol.info