Neft hasilatı kəskin azalacaq - KİV

Neft hasilatı kəskin azalacaq - KİV

Dünyada neft hasilatı apreldən iyuna qədər azala bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “İHS Markit” konsaltinq şirkəti yayıb.

Məlumata görə, azalmaya neft anbarlarının dolması və koronavirusla əlaqədar tələbatın azalması səbəb olacaq. Hasilat ixtisarı OPEK-ə üzv ölkələrin hamısında qeydə alınacaq. Bununla belə ən böyük ixtisar ABŞ və Rusiyada yaşanacaq:

“Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, planetdə sutkalıq hasilat 100 milyon barreldir. İkinci rübdə sutkalıq hasilat 16,4 milyon barrelə qədər azalacaq. “Brent”in dəyəri 10 dollara qədər azala bilər. Bəzi istehsalçılar maya dəyərindən aşağı qiymətlərə enəcəklər və istehlakçılara nefti almaları üçün özləri ödəniş edəcəklər”.

Mənbə: axar.az