“Burberry” əlcək və maska istehsalına başladı

“Burberry” əlcək və maska istehsalına başladı

Dünyaca məşhur geyim brendi olan “Burberry” koronavirusla mübarizə üçün hazırlıqlara start verib.

“Qafqazinfo” xəbər verir ki, şirkət İngiltərədə pandemiyaya yoluxan xəstələr üçün önlük, əlcək və maska hazırlamaq qərarına gəlib.

Məhsullar tibb üzrə mütəxxəsislərin məlumatları əsasında istehsal olunacaq.

İlkin olaraq 100 min maskanın hazırlanacağı açıqlanıb.

Mənbə: qafqazinfo.az