Ruslar milyardlarını banklardan çıxarır

Ruslar milyardlarını banklardan çıxarır

Rusiya əmanətçilərinin yerli banklara inamı çox sarsılıb. Onlar milyardlarını banklardan çıxarır.

Bizimyol.info xəbər verir ki, proses hələ fevralda başlamışdı. “Sberbank”, VTB və “Qazprombank”dan 300-360, başqa kiçik maliyyə müəssisələrindən 100-120 milyon dollar əmanət götürülmüşdü. Halbuki onda rubl hələ ciddi zərbə almamışdı. Proses martda da davam edib. Beləcə, banklardan çıxarılan ümumi məbləğ 2 milyard dolları keçib.

Martın 6-da Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması məsələsində ortaq məxrəcə gəlməməsindən sonra bazarda inqilabi dəyişikliklər oldu. Neftin qiyməti kəskin aşağı düşdü, rubl isə ciddi dəyər itirdi. Rusiya pulu hətta tarixinin ən zəif göstəricisini də gördü.

Hesablamalara görə, işini itirən əmanətçilərə banklara qoyduqları pul cəmi 63 gün yetə bilər.

Mənbə: www.bizimyol.info