“Paşa Bank” iqtisadçıya cavab verdi: “İmtiyazlar paketinin hazırlanıb təqdim edilməsi üzərində işlər aparılır”

“Paşa Bank” iqtisadçıya cavab verdi: “İmtiyazlar paketinin hazırlanıb təqdim edilməsi üzərində işlər aparılır”

“Paşa Bank” iqtisadçı Qubad İbadoğluna cavab verib.

Pravda.az-ın xəbərinə görə, cavabda deyilir:

“Nəzərinizə çatdırmaq istərdik ki, PAŞA Bank öz Müştərilərini dəstəkləmək üçün daima səy göstərir. Belə ki, hal-hazırda ölkədə COVID-19 virusunun yayılması ilə bağlı yaşanan müvəqqəti çətinliklərin müştərilərə olan təsirlərinin yumşaldılması məqsədilə PAŞA Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə çalışaraq ölkədə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün imtiyazlar paketinin hazırlanıb təqdim edilməsi üzərində işlər aparır. Bununla bağlı irəliləyişlər haqqında müştərilərə əlavə məlumat veriləcək”.

Mənbə: pravda.az