“Onlar hökumətin dəstək paketindən yararlana bilməyəcəklər”

“Onlar hökumətin dəstək paketindən yararlana bilməyəcəklər”

“Hökumət deyir ki, avtomobil ehtiyat hissələri satan, təmir edən və yuyan obyektlər işləyə bilər. Amma vətəndaşlara da deyir ki, evdə qal, xub, biz evdə qalaq, maşın sürməyək, bəs o açıq obyektlər kimə xidmət edəcək?!”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Onlar açıq olduğu üçün hökumətin dəstək paketindən də yararlana bilməyəcəklər, iş-qazanc olmasa sahibkarlar işçiləri evə göndərib obyektləri bağlacaqlar. Elə obyekt sahibləri hökumətə dəstək üçün müraciət etdikdə qalstuklu müəllimlər də deyəcək ki, sizə qadağa yoxdur, gedin işləyin. Belə bir multfilm vəziyyət yaranır...” – N.Cəfərli qeyd edib.

Mənbə: pravda.az