Süni qiymət artıran sahibkarlara etiraz: “Koronaviris sizin əməllərinizin nəticəsidir”- Video

Süni qiymət artıran sahibkarlara etiraz: “Koronaviris sizin əməllərinizin nəticəsidir”- Video

Ticarətçi Azərbaycan bazarlarında müşahidə olunan qiymət artımına etiraz edib.

Bizimyol.info xəbər verir ki, ticarətçi ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin belə surətlə artmasının əhali arasında narazılığa səbəb olduğunu bildirib.

Ticarətçi sosial şəbəkədə paylaşdığı videoda şahidi olduğu hadisə haqqında məlumat verdikdən sonra süni qiymət artıran sahibkarları vicdanlı olmağa dəvət edib: “Nəvəsi ilə mağazaya gələn nənə kassaya son qəpiklərini verirdi. Nəvəsinin yığdığı qəpiklərlə nənə ərzaq alırdı. Nənə bütün qəpikləri mağazaya verəndə nəvəsi ona “nənə, qəpiyim qalmadı” deyə üsyan etdi. Çox pis oldum. Ey süni qiymət artıran sahibkarlar, elə sizin əməllərinizin nəticəsidir ki, bu gün dünya koronavirusdan əziyyət çəkir. Bu bəlanın da içində səhv əməlinizdən əl çəkmirsiniz”.

Qeyd edək ki müvafiq qurumlar mütəmadi olaraq ticarət obyektlərində süni qiymət artımının qarşısının alınması, eləcə də ərzağa olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə tədbirlərin həyata keçirildiyini bildirirlər.

Koronavirus pandemiyasından sonra meyvə-tərəvəz məhsullarının, xüsusən, sarımsaq, zəncəfil kimi məhsulların qiymət artımı müşahidə olunur.

Mənbə: www.bizimyol.info