Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərinə bütün uçuşlar dayandırılıb

Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərinə bütün uçuşlar dayandırılıb

Nur-Sultan, 31 mart, AZƏRTAC

Aprelin 1-dən etibarən Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərinin hava limanlarında bütün beynəlxalq, müntəzəm və çarter reysləri dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, həmin tarixdən etibarən beynəlxalq sərnişin reysləri Qazaxıstanın digər şəhərlərinin beynəlxalq aeroportlarına yönləndiriləcək.

Bu tədbirlər koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Ümumilikdə, ölkədə koronavirusa 340 yoluxma halı təsdiqlənib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az