"Bazarlarda digər bir çöküş yaxınlaşır"

"Bazarlarda digər bir çöküş yaxınlaşır"

Məşhur investor Jim Rogers, bazarlarda yaşana biləcək digər bir çöküşün yaxın olduğunu iddia edib.
Qlobal səhmlərin qiymətləri, qlobal maliyyə böhranından bu yana qeydə alınan ən böyük rüblük ucuzlaşmanın ardından yığışmağa çalışarkən, məşhur sərmayəçi Jim Rogers hələ ən pisin gəlmədiyini bildirir.

Marja xəbər verir ki, Rogers Holdings Inc.-ın İdarə heyətinin sədri Rogers, həddindən artıq pessimistliyin ardından bazarlardakı mövcud sıçrayışın bir müddət davam edə biləcəyini, ancaq digər bir çöküşün yaxın olduğunu söyləyib.

Məşhur sərmayəçi ola biləcək digər bir çöküşün səbəbləri olaraq, koronavirusdan qaynaqlanan iqtisadi ziyan, yüksək borc səviyyələri və artdığında mənfi təsir edəcək aşağı faizlərdən ibarət üçlü problemə işarə edib.

Roger, telefon müsahibəsində "Gələcək bir neçə il ərzində həyatımda görəcəyim ən pis "ayı bazarı"nı yaşayacağımızı düşünürəm" deyib.

Rogers, "ayı bazarı" proqnozunu ilk dəfədir dilə gətirmir. Corc Soros (George Soros) ilə 1970-ci illərdə Quantum Fondunu quran investor 2018-ci ildə də "ayı bazarı"nın yaxınlaşdığını söyləmişdi.

Qlobal inkişaf edən və inkişaf etmiş bazar səhm indeksləri, bütün dünyada hökumətlərin iqtisadiyyatları canlandırmaq üçün bazara trilyonlarla dollar vermələrinə və mərkəzi bankların faiz endirimlərinə qarşı 2008-dən bəri ən pis rübü geridə qoyublar.

Mənbə: marja.az