2019-cu ilin ödəmələrində diqqətçəkən məqamlar - İqtisadçı şərhi

2019-cu ilin ödəmələrində diqqətçəkən məqamlar - İqtisadçı şərhi

"Mərkəzi Bankın dünən açıqladığı 2019-cu ilə ödəmələr balansı statistikasında diqqətimi çəkən bir neçə fakt oldu".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycanın turizm gəlirləri 32 faiz və ya 843 milyon dollar azalaraq 1.8 milyard dollara düşüb:

"Nəzərə alaraq bu proses Azərbaycan turizm sektorunun regionumuzdakı 2 əsas rəqib ölkəsində böyümə fonunda baş verib.

Belə ki, Türkiyənin turizm gəlirləri 25 faiz artıb. Gürcüstan cəmi 1.5 faiz artırıb. Amma Gürcüstan buna o şəraitdə nail oldu ki, Rusiya öz vərəndaşlarına və turizm şirkətlərinə Gürcüstana səfərlər təşkil etməyə embarqo qoydu.

Cari hesablar balansının qeyri-neft sektoru üzrə defisiti 4 faiz (təxminən 300 mln. dollar) artıb.

Ölkədən kənarda yaşayan insanlarımızın buradakı yaxınlarına göndərdikləri pul baratlarının həcmi 166 milyon dollar (14%-ə yaxın) azalaraq 934 milyon dollara düşüb. Bu əslində yaxşı tendensiya deyil. Həm burada insanlarımızın gəlirlərinə kənardan gələn remitansların mühüm təsiri var, həm də bu vəsaitlər bizim cari hesablarda kəsiri azaldan əsas mənbələrdən biridir. 2020-ci ildə Rusiyadakı durum onu deməyə əsas verir ki, həmin pul axınları daha da azala bilər. Çünki ötən böhranların təcrübəsi göstərir ki, neftin qiymətində kəskin azalma olan dövrlərdə Azərbaycana şimal qonşusunda işləyən insanlarımızdan pul göndərmələri də nəzərəçarpacaq dərəcədə azalır. Ən maraqlısı odur ki, 2019-cu ildə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində kəskin artım baş verib - təxminən 40 faiz (140 mln. dollar) artaraq 501 milyom dollara çatıb. Bu pul axınlarının hansı ölkələrə istiqamətlənməsi çox maraqlıdır. Çünki biz uzun illərdir əsassən remitans qəbul edən ölkə olmuşuq. Birdən-birə həm də remitans göndərən ölkəyə çevrilməyimiz çox maraqlı faktdır.

2019-cu ildə xarici neft şirkətləri vasitəsilə Azərbayacandan 5.722 milyad dollar vəsait çıxarılıb. Ondan 3.222 milyardı investisiyaların, 2.500 miyardı isə qazandıqları mənfəətin repatriasiaysı olub.

Məlumat üçün deyim ki, 2019-cu il ərzində neft sektorunda göstərilən tikinti xidmətləri üçün də qeyri-rezidentlərə 1 milyard dollardan bir qədər çox vəsait ödənib. Nəticədə xarici neft layihələrinə görə ölkədən çıxan xarici valyutanın ümumi həcmi onların işçilərinin maaşları da nəzərə alınmaqla təxminə 7 milyard dollar təşkil edib. Lakin həmin xarici neft müqavilələri çərçivəsində ölkəyə daxil olan valyuta həcmi 4.8 milyard dollara yaxın olub. Onun 450 milyon dolları neft bonusu, 4.275 milyard dolları isə neft sektoruna birbaşa investisiya qoyuluşları olub.

Beləliklə, xarici neft kontraktları üzrə tədiyə balansını qiymətləndirməsi olsaq, həmin mənbə üzrə balansın ümumu kəsiri 2.2 milyard dollara yaxındır.

2019-cu ildə xarici kreditlərə və qiymətli kağızlar formasında borclara görə 820 milyon dollar ödənilib ki, bu da təxminən 2018-də olduğu qədərdir".

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info