Fevralda bank işçilərinin sayı artıb

Fevralda bank işçilərinin sayı artıb

2020-ci ilin Fevral ayında bank sektorunda çalışanlar 185 nəfər artıb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 29 Fevral 2020-ci il tarixinə bank sektorunda işləyənlərin sayı 19 min 757 nəfər olub.

İlk 2 ayda bu sektorda işləyənlərin sayı 297 nəfər, 2018-ci ilin sonu ilə müqayisdə isə 2 min 342 nəfər artıb.

Mənbə: marja.az