Nəqliyyat eksperti: “BNA işini layiqincə yerinə yetirəcək”

Nəqliyyat eksperti: “BNA işini layiqincə yerinə yetirəcək”

Koronavirus pandemiyasının ictimai nəqliyyatdayayılmasının qarşısını almaq məqsədilə ilk öncə metropolitenin iş rejimində məhdudqrafik tətbiq edildi və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən avtobuslardasərnişin sıxlığını azaltmaq məqsədilə ekspres marşrut xətləri sərnişinlərin istifadəsinə verildi. Ekspres marşrut xətlərinin əsasən metro stansiyalarıarasında fəaliyyət göstərməsi təmin edildi. Karantin qaydaları daha da sərtləşdirildikdəBNA ekspres marşrut xətlərinin sayını daha da artırdı. Bu tədbirlərlə bərabəragentlik tərəfindən ictimaiyyətə edilən çağırışlarda zəruri olmadığı haldaavtobuslardan istifadə edilməməsi bildirilib.

31 mart saat 22:00-dan etibarən isə Bakı şəhərindəmetro qatarlarının fəaliyyəti tam dayandırılıb. Belə olan təqdirdə BNA-nın üzərinəikiqat yük düşür. Metronun fəaliyyətini dayandırması ilə əlaqədar təbii olaraqsərnişinlər avtobuslara üz tutur ki, bu da agentliyin işini daha da artırır.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada BNA-nın üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyinəinandığını bidirib:

 

 

"BNA-nın üzərinə bu gün çox böyük yük düşür vəəminəm ki, agentlik bu yükü qaldıra biləcək. Çünki agentliyin kifayət qədərbazası, ehtiyyat avtobusları var. Daşıyıcı şirkətlərin də bu işdə yaxındaniştirak edəcəyinə və prosesə böyük tövhə verəcəyinə inanıram. Çünki yaranan buvəziyyət dövlətimiz üçün bir sınaqdır və sahibarlar da hər zaman dövlətin çətingünlərində öz dəstəyini ifadə ediblər. Düşünürəm ki, bu gün də daşıyıcı şirkətləröz dəstəyini sona qədər göstərəcəklər. Eyni zamanda "Bakubus” MMC-ninavtobuslarının da bu işə səfərbər olması vəziyyəti yaxşılaşdıracaq. Vətəndaşlarkarantin rejimi qaydalarına əməl etsələr avtobusların yükünü azaltmış olarlar.Əks halda sürücüləri də çətin vəziyyətdə qoyurlar. Dayanacaqda bir nəfərindüşdüyü halda on nəfərin avtobusa mindiyini görürük. Belə hallar baş verməsədaha yaxşı olar. Bu gün agentlik öz işinin öhdəsindən gəlir, xüsusi qrafikqurub və vəziyyətə nəzarət də tam olaraq həyata keçirilir. Burda həm sərnişinlərin,həm də sürücülərin məsuliyyət məsələsi önə çıxır. Düşünürəm ki, onlarqaydalardan kənara çıxmasalar bu proseslər müsbət həllini tapacaq. Bu işdə hərbir sərnişin, hər bir sürücü, hər bir daşıyıcı şirkət məsuliyyət daşıyr. Obaxımdan karantin qaydalarını pozmadan işimizi icra etməliyik. Hər kəs qaydalarçərçivəsində hərəkət etməli, sıxlıq, təlükəli vəziyyət yaratmadan, sürücülərəqarşı anlayış göstərərək davranmaldır. Bu günə qədər BNA bir çox ağır prosseslərdəözünü irəli çəkib və işini layiqincə yerinə yetirib. Düşünürəm ki, bu gün dəagentlik bunun öhdəsindən layiqincə gələcək”.

Bir daha xatırladaq ki, xüsusi karantinrejiminin gücləndirilməsi işləri çərçivəsində BNA tərəfindən ekspres marşrut xətləritəşkil edilib. Eyni zamanda digər bütün müntəzəm marşrut xətlərinin də fəaliyyətitəmin edilir. Agentlikdən verilən açıqlamada bildirilib ki, gün ərzində həmmüntəzəm, həm ekpres marşrut xətləri üzrə avtobuslar arasında interval sərnişinaxınına uyğun tənzimlənəcək.

Mənbə: sfera.az