Banklar müştərilərini itirir – BİR AYDA SAYI 355 MİN AZALIB

Banklar müştərilərini itirir – BİR AYDA SAYI 355 MİN AZALIB

Azərbaycan Mərkəzi Bankın hesabatına görə, bank müştərilərinin sayı 2020-ci ilin fevral ayında 7 milyon 700 min 857 nəfər təşkil edib. 2019-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 98 min 120 nəfər olub. Belə ki, bu ilin fevralında illik müqayisədə bank müştərilərinin sayı 602 min 737 nəfər və yaxud 8,5% artıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki, 2020-ci ilin yanvarında isə bank müştərilərinin sayı 8 milyon 56 min 140 nəfər olub ki, bu da aylıq müqayisədə fevralda bank müştərilərinin sayının 355 min 283 nəfər və yaxud 4,4% azalması deməkdir.

Bank müştərilərindən 7 milyon 588 min 825 nəfəri fiziki şəxslər, 112 min 32 nəfər isə hüquqi şəxslərdir.

2020-ci ilin fevral ayına müştəri hesablarının sayı 18 milyon 989 min 640 ədəd olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 11% azalma deməkdir. Cari ildə müştərilərin kredit hesabları da 7% azalaraq 2 milyon 676 min 174, depozit hesabları isə 8,4% artaraq 346 min 285 olub.

Mənbə: fed.az