“Dərs vaxtı” verilişində aprelin 1-də Azərbaycan və rus bölmələri üçün proqrama uyğun olaraq dərslər keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, V, IX, X və XI siniflər, rus bölməsi üzrə isə II, VIII, X, XI siniflər üçün dərslər təqdim edilib.
Mənbə: azertag.az