Bakı metrosu bağlandı: işçilər hamısı evə buraxılıb?

Ölkədə xüsusi karantin rejimi elan olunmasına görə Bakı Metropoliteni ötən gün 22:00-dan fəaliyyətini dayandırıb və sərnişindaşıma xidməti göstərmir. Bu halda Bakı Metropoliteni QSC əməkdaşlarının iş prinsipi necə tənzimlənir?

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Axar.az-a bildirib ki, metronun sərnişindaşıma fəaliyyətinin dayanması bütövlükdə bu strukturun tamamilə işinin dayanması kimi qiymətləndirilə bilməz. Onun sözlərinə görə, metro paytaxt içində “yeraltı paytaxtdır” və sistemin işini tam dayandırması mümkün deyil.

QSC sözçüsü əlavə edib ki, qurum ilk gündən Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun davranır:

“Metropolitendə yaşı 65-dan yuxarı olanlar evlərindən çıxmırlar, yaşı 60-ı keçənlərə tam sərbəstlik verilib, evdən işləmək prinsipləri də müvafiq qaydada tənzimlənir”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində xüsusi karantin rejimi davam etdirilir

SONRAKI XƏBƏR

İqtisadi paketin strateji əhəmiyyəti - VİDEO