İqtisadi paketin strateji əhəmiyyəti - VİDEO

İqtisadi paketin strateji əhəmiyyəti - VİDEO

Koronavirus pandemyası dünya iqtisadiyyatına mənfi təsir edib, bu təsirlər Azərbaycan iqtisadiyyatından da yan keçmir, xəstəliyin iqtisadiyyata mənfi təsirini azaltmaq üçün iqtisadi paket hazırlanıb.

Yardım paketinin mahiyyəti iri, orta və kiçik sahibkarların koronavirusa görə dəyən ziyanların onların gələcək fəaliyyətini məhdudlaşdırmamasıdır.

Yardım paketinin iqtisadiyyat üçün vacib məsələsindən biri kreditlər məsələsidir. Çünki sahibkaraların bir qismi kredit götürərək işlərini təşkil edib, işi dayanıbsa deməli götürdüyü krediti qaytarmaqda çətinlik yaranacaq.

Proqramın ən vacib məsələrindən biri də vergi güzəştləridir. Çünki koronavirus dövründə sahibkarın faəliyyətində fasilələr olub, fasilə varsa vergini ödəməkdə çətinliyi yaranıb

Dövlətin pandemiyadan ziyan görmüş sahibkarlara dəstəyini nümayiş etdirməsi, iqtisadiyyatda aparıcı rol oynayan sahibkarları qorumasıdır. Yardım paketi bu baxımdan iqtisadiyyata dəstəkdir

Mənbə: www.realtv.az