“Koronavirus” fırıldaqçıları pul qazanmağın yeni növünü icad ediblər

“Koronavirus” fırıldaqçıları pul qazanmağın yeni növünü icad ediblər

Rusiyada fırıldaqçılar koronavirusa görə ləğv edilmiş uçuşlar üçün sərnişinlərin pullarının geri qaytarması təklifi ilə aviaşirkət adından vətəndaşlara telefonla müraciət edərək onların bank kartlarının məlumatını öyrənməyə çalışıblar. Bu barədə "İzvestiya"ya Rusiya Mərkəzi Bankı yanında Maliyyə Savadlılığının İnkişafı Assosiasiyasının rəhbəri Andrey Paraniç məlumat verib.

Open.az bildirir ki, məlumatı “İnfosistem Cet” şirkətinin fırıldaqçılığa qarşı Təhlükəsizlik Sistemləri Tətbiqi Mərkəzinin şöbə rəisi Aleksey Sizov da təsdiqləyib və əhaliyə xəbərdarlıq edib: "Fırıldaqçı bütün kart məlumatını, o cümlədən CVC kodunu əldə etsə, bu halda o, onlayn ticarət yolu və ya kartdan karta pul köçürməklə məlumatdan yararlana bilər".

Xatırladaq ki, mart ayının əvvəlində rusiyalılara “koronavirus” fırıldaqçıları barədə xəbərdarlıq edilib. Fırıldaqçıların tələsinə daha çox yaşlı insanlar düşür.

Mənbə: open.az