ABŞ və Rusiya razılaşdı: Risk yaradır

ABŞ və Rusiya razılaşdı: Risk yaradır

Rusiya Energetika naziri Aleksandr Novakla amerikalı həmkarı Dan Brullet arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər neftin dünya bazarında qiyməti ilə bərabər G20 və Dünya Bankı vasitəsi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Hər iki nazir neft bazarında tələb və təklif profisitinin qlobal enerji sektorunun inkişafına töhfə vermədiyini, eyni zamanda, beynəlxalq iqtisadiyyatın dirçəlməsindən sonra bazara sabit şəkildə tədarükün təmin edilməsində risk yaratdığını bildiriblər.

Bundan başqa, tərəflər mövcud çağırışlara qarşı konstruktiv tədbirlərin görülməsi və qarşılıqlı məsləhətləşmələrin davam etdirilməsi məsələsini də müzakirə ediblər.

Mənbə: axar.az