Avropanın avtomobil sənayesi son 75 ilin antirekordunu təzələyə bilər

Yayılan koronavirus və bağlanan sərhədlər fonunda Avropanın əsas avtomobil istehsalçısı ölkələrində avtomobil istehsalı kəskin azalıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransada avtomobil istehsalı təkcə mart ayında 72% azalıb. Ötən ay ölkənin nəhəng avtomobil istehsalçıları olan "Renault"da istehsal 71,6%, PSA-da ("Peugeot Citroen" brendləri) isə 73,4% düşüb. Avropanın əsas avtomobil istehsalçısı və ixracatçısı olan Almaniyanın avtomobil zavodlarının 40%-i hazırda epidemiyaya görə bağlıdır. İşləyən müəssisələrin isə 570 minə yaxın işçisi tam olmayan iş qrafikinə uyğun çalışır və bu da istehsala mənfi təsir göstərir.

Digər ölkələrə gəldikdə isə İspaniyada bu sahədə azalma 69% olub.

Qeyd edək ki, ekspertlərin proqnozlarına görə, əgər vəziyyət belə davam edərsə, Avropa avtomobil sənayesi 1945-ci ildən bəri ən aşağı istehsal rəqəmləri ilə üzləşə bilər.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İƏT bəyanat yayıb (VİDEO)

SONRAKI XƏBƏR

Koronavirusu ilk dəfə aşkar edən həkim itkin düşüb