"Manatın növbəti devalvasiyasına iri addımlarla yaxınlaşırıq" - İqtisadçı

"Manatın növbəti devalvasiyasına iri addımlarla yaxınlaşırıq" -   İqtisadçı

“Manatın növbəti devalvasiyasına iri addımlarla yaxınlaşırıq”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıqlama verib ki, 2020-ci ilin mart ayı ərzində valyuta bazarında 1 928,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Bundan əvvəl, Dövlət Neft Fondu yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satdığı barədə məlumat yaymışdı. Beləliklə də 01.01.2020 - 01.04.2020 tarixinə, ARDNF bazarda 2 milyard 771 milyon 900 min dollar valyuta satıb. Bu dövrdə ARDNF-yə AÇG yatağından 1 milyard 671 mln. ABŞ dolları, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından 100 mln. ABŞ dolları daxil olub. Deməli, bu ilin 3 ayında ARDNF vayuta bazarında artan tələbatı qarşılamaq üçün 1 milyard 100 milyon 900 min dollardan çox əlavə vəsait xərcləyib ki, heç şübhəsiz ki, əlavə xərclər aktivlər hesabına ödənilib. Bu azalmaya aktivlərin dəyərsizləşməsindən itkilər daxil deyil. Dövlət Neft Fondu bu günə qədər bu barədə açıqlama verməyib. Mərkəzi Banka gəlincə, ilin əvvəlindən onun ehtiyatları 135,8 milyon dollar artıb. Görünən odur ki, manatın növbəti devalvasiyasına sürətlə yaxınlaşırıq” – Q.İbadoğlu qeyd edib.

Mənbə: pravda.az