“750 manat civarında sosial yardım olmalıdır” – TƏKLİF

“Azərbaycan höküməti Covid 19-la bağlı insanların həyat və sağlamlığı nəzərə alaraq, təcili bir sosial paket hazırlamağa başlamalıdır, hətta gecikir”.

Pravda.az-ın xəbərinə görə, bunu AĞ Partiyanın başqan müşaviri Fariz Kərimov deyib.

F.Kərimov təkliflərini irəli sürüb.

-Xəstəliyə yoluxmuş şəxslər və onları ailə üzvləri

Bütün səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Bank və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

1500 azn civarında sosial yardım olmalıdır.

Əlavə ailədə uşaq varsa: Uşaq pulu bərpa proqramı çərçivəsində, hər, 18 yaşına çatmamış uşaq üçün 300 azn məbləğində yardım göstərilməlidir.

-Pensiya yaşına çatmış vətəndaşlar

Bütün səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Ban və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

Iş təcrübəsindən asılı olmayaraq, ümümi pensiya məbləğinə 450 azn civarında əlavə sosial təzminat köçürülməlidir.

Könüllülər tərəfindən ərzaq və digər ehtiyacların loqistikası təmin olunmalıdır (xüsusən tənha yaşayan vətəndaşlara).

-Tənha valideyn statusuna sahib olan vətəndaşlar

Bütün səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Bank və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

750 azn civarında sosial yardım olmalıdır.

Əlavə ailədə uşaq varsa: Uşaq pulu bərpa proqramı çərçivəsində, hər, 18 yaşına çatmamış uşaq üçün 300 azn məbləğində yardım göstərilməlidir.

-Az təminatlı ailələlər

Bütün səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Bank və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

1000 azn civarında sosial yardım olmalıdır.

Əlavə ailədə uşaq varsa: Uşaq pulu bərpa proqramı çərçivəsində, hər, 18 yaşına çatmamış uşaq üçün 300 azn məbləğində yardım göstərilməlidir.

-Fiziki məhdudiyyətli şəxslər

Bütn səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Bank və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

750 azn civarında sosial yardım olmalıdır.

Əlavə ailədə uşaq varsa: Uşaq pulu bərpa proqramı çərçivəsində, hər, 18 yaşına çatmamış uşaq üçün 300 azn məbləğində yardım göstərilməlidir.

Könüllülər tərəfindən ərzaq və digər ehtiyacların loqistikası təmin olunmalıdır (xüsusən tənha yaşayan vətəndaşlara).

-Karantina görə işini itirmiş, habelə işini müvəqqəti məcburi şəkildə dayandırmış şəxslər.

Bütün səhiyyə xərcləri dövlət büdcəsindən qarşılanmalıdır.

Bank və bütün kommunal xərcləri ən azı 2 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

750 azn civarında sosial yardım olmalıdır.

Əlavə ailədə uşaq varsa: Uşaq pulu bərpa proqramı çərçivəsində, hər, 18 yaşına çatmamış uşaq üçün 300 azn məbləğində yardım göstərilməlidir.

-Kiçik və orta sahibkarlıqla məşqul olan fiziki və hüquqi şəxslər.

İşçilərin işdən azad etmə hüququ karantin bitməyənə gədər qaldırılmalıdır.

Vergi və digər dövlət ödənişləri 3 ay müddətinə dondurulmalıdır və güzəştlər tətbiq edilməlidir.

Bank ə bütün kommunal xərcləri ən azı 3 ay müddətinə, heç bir əlavə faiz gəlməmək şərti ilə, dondurulmalıdır.

Kiçik vəorta sahibkarlığın inkişafı üçün xüsusi əlavə proqram yaradılmalıdır və həmin proqram çərçivəsində, dövlət tərəfindən 1 dəfə olmaq şərti ilə, xüsusi subsidiya ayrılmalıdır.

-və s.

Azərbaycan iqtisadi reallıqları nəzərə alaraq, rəqəmlər dəyişə bilər və əlavələr oluna bilər.

Mənbə: pravda.az