4 enerji nəhənginin reytinqi - «NEQATİV»Ə DÜŞDÜ

4 enerji nəhənginin reytinqi - «NEQATİV»Ə DÜŞDÜ

Beynəlxalq kredit reytinq agentliyi Moody's «Shell», «BP», «Total» və «Equinor» şirkələrinin kredit reytinqlərini mənfi səviyyəyə endirib.

FED.az xəbər verir ki, Kredit reytinq agentliyinin verdiyi açıqlamaya görə, BP-nin kredit reytinqi "A1", Shell-in "Aa2", Equinor-un "Aa2", Total-ın "Aa3" olduğu təsdiqləndi və şirkətlərin kredit reytinqləri «Sabit»dən «Neqativ»ə gətirildi.

Açıqlamada, neft və təbii qaz qiymətlərinin azalmasının bu il şirkətlərin maliyyə profillərinə təsir göstərəcəyi də bildirilib.

Mənbə: fed.az