Neft bahalaşır – Tramp “müharibəni” bitirir?

Neft bahalaşır – Tramp “müharibəni” bitirir?

 ABŞ Prezidenti Donald Trampın dünyanın böyük neft hasilatçısı olan şirkətlərlə və bu sənayenin qorunması ilə bağlı müzakirələrə dəstək vermə xəbəri ardından ötən axşamdan başlayaraq ( GMT+4) dünya bazarlarında xam neftin dəyəri mühüm artımar müşahidə edilir.

ABŞ diplomatları həftənin cümə günü üçün nəzərdə tutulan görüşdə, Trampın Rusiya və Səudiyyə Ərəbistanı (o, cümlədən OPEC+ alyansı) danışmaqla ortada olan bu dilemmanın qırmaq, razılaşmalara kömək olacağı planlaşdırlır, bu barədə Bloomberg yazır.

Bakı vaxtilə saat 10:40 radələrində ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2.58$, yəni, 10.43% bahalaşaraq 27.32$-a təklif olunub.

Bu xəbərdən öncə isə Kanada və ABŞ neft anbarlarının artıq dolmağı ilə bağlı xəbərlər gəlməkdə idi. Bir sıra analitiklər bu durumda neftə yaranacaq tlabatın kəskin düşməsi ilə əlaqədar olaraq hətta neftin dəyərinin 1 barelinin 10 dollar dəyərinə qədər düşüşü mümkün sayılır. Məlumat üçün bildirək ki, ABŞ hazırda dünya bazarlarında Rusiya və Səudiyyə Ərəbistanı neftini ən çox alan ölkələrdən biridir. Bareli 22-30 dollardan neft alaraq bütün anbarlarını doldurub. Yəni, bu uzun müddət anbarların doldurulmasında ABŞ üçün münbit bir şəraaitə baş vurmasını demək olsa da, sonrada ölkə öz neft sənayesinin iflas olunmaması üçün, əsas “müharibə” iştirakçıları ilə yenidən masa arxasına oturdmaq təklifi gözlənilən idi.

Son gələn xəbərlərdə, ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 13,83 mln. barel artaraq 469,19 mln. barel təşkil edib.

Rusiya hətta “Urals” markalı neftini pandemiya dövründə 20 dollar/barel-dən ucuz satmaqdadır. “Argus Media” ya istinadən verdiyi məlumata görə, Rusiya neftinin ixrac qiyməti mənfiyə düşüb. Daşınma, ixrac rüsumlarının ödənişi və digər xərclər Rusiyanın “Urals” markalı neftinin qiymətini üstələyib. “Təchizatçılar aşağı qiymətlərin Rusiyada neft satışının sıfıra və ya hətta mənfi gəlirliyə səbəb olacağından narahatdırlar”, – agentlik qeyd edir.

Artıq OPEC+ alyansının üzvü olan Qazaxıstan neft hasilatının həcmini 4 mln. barel azaldacağını- hasilatın 90 mln. tondan 86 mln. tonadək olacağını bildirib. “Aşağı qiymətlər fonunda neft hasilatı üzrə proqnoz 4 mln. ton azalaraq 86 mln. tona endirilib”, – deyə Milli İqtisadiyyat naziri Ruslan Dalenov bildirib qeyd edib.

Mənbə: banker.az