"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi qeyri-neft məhsullarının ixracını artırıb

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi qeyri-neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-mart ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 37 mln. ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu ötən ilin müvafiq göstəricisindən 77% çoxdur.

Bu ilin mart ayında Mərkəz vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,3 mln. dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 88,8% çoxdur.

Mənbə: apa.az