Texnoplus Electroniks-dən şad xəbər - Kredit ödənişləri donduruldu!

Texnoplus Electroniks-dən şad xəbər  - Kredit ödənişləri donduruldu!

Texnoplus Elektroniks (“TAB” MMC) müştərilərinin öncə sağlamlığını sonra isə əhalinin ödəniş bacarığının aşağı düşməsi ilə əlaqədar olaraq onların kredit borclarının aprel ayına olan ödənişlərini növbəti aya ertələyib.

“Qafqazinfo" xəbər verir ki, bu barədə şirkətin feysbuk və instagram səhifələrində məlumat yayılıb.

Texnoplus Electroniks koronavirusla mübarizə tədbirlərində yaxından iştirak edir. Şirkət ölkəmizdə koronavirus pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərilməsi barədə dövlət başçısı İlham Əliyevin çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır. Eyni zamanda koronavirusla mübarizə çərçivəsində Operativ Qərargahın tövsiyyələrinə tam riayət edir və koronavirusla mubarizəyə dəstək fonduna ianə edib.

Eyni zamanda şəbəkə müştərilərinin sağlamlıq və təhlükəsizliyini nəzərə alaraq müəyyən olunmuş tədbirlər görüb. Bu tədbirlər çərçivəsində müştərilər evdə oturaraq, texnoplus.az saytından istifadə edərək istədikləri məhsulu nağd və ya 24 ayadək hissəli ödənişlərlə onlayn sifariş edə bilərlər.

Qeyd edək ki, nazirlər kabinetinin operativ qərargahının təlimatına əsasən martın 29-dan etibarən ölkədəki bütün ticarət obyektləri kimi, Texnoplus-da yerində ticarəti dayandırıb.

Onlayn sifariş etmək sizdən, sürətli və təhlükəsiz çatdırmaq Texnoplus-dan!

Mənbə: qafqazinfo.az