Pandemiya: Sabiq nazir kredit problemindən danışdı - VIDEO

Pandemiya: Sabiq nazir kredit problemindən danışdı - VIDEO

Koronavirus pandemyasının dünya iqtisadiyyatına mənfi təsiri hazırda trilyon dollar məbləğində ölçülür.

Axar.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov Real TV-yə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan da bu təsirdən kənar qala bilməz:

“Mənfi təsirlərin qarşısının alınması məqsədilə hazırlanan iqtisad paket dövlətin bir sıra öhdəlikləri öz üzərinə götürməsi anlamına gəlir.

Yardım paketinin mahiyyəti iri, orta və kiçik sahibkarların koronavirusa görə dəyən ziyanlarının onların gələcək fəaliyyətini məhdudlaşdırmamasıdır.

Yardım paketinin iqtisadiyyat üçün vacib məsələsindən biri kreditlər məsələsidir”.

Sonda Fikrət Yusifov bildirdi ki, yaxın günlərdə digər işçi qrupların iqtisadi paket çərçivəsində hazırladığı proqramları da dövlətə təqdim ediləcək.

Mənbə: axar.az