Daha 20 gəmidə dezinfeksiya işləri aparılıb

Daha 20 gəmidə dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Şah İsmayıl Xətai”, “Nəsimi”, “Babək”, “Prezident Heydər Əliyev”, “Naxçıvan”, “Dədə Qorqud”, “Şahdağ”, “Professor Gül”, “Atlet-8”, “Vixr-9”, “Bakinskaya-3”, “Bakinskaya-5”, “Abşeronskaya-5”, “Balarza Məmmədov”, “Azərbaycan”, ”Vixr-8”, ”Geofizik-1”, “Bunkerovşik-4”, “Süleyman Vəzirov” və “Usuqçay” gəmilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib

Mənbə: azertag.az