Kredit borcuna görə güzəşt ediləcəkmi? - İşçi qrup bununla bağlı proqram hazırlayır

Kredit borcuna görə güzəşt ediləcəkmi? - İşçi qrup bununla bağlı proqram hazırlayır

Koronavirus pandemiyasına görə artqı bir neçə həftədir ki, insanlardan evdə qalmaları tələb olunur. Nəticədə bir sıra vətəndaşlar işləyə bilmir və onların gəlirlərində azalma var. Buna görə də insanlar kredit borclarını ödəməkdə çətinlik çəkir. Bəs bu kateqoriyadan olan vətəndaşlara hansısa güzəştlər olacaqmı?

Koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə tətbiq edilən məhdudiyyətlər bir sıra vətəndaşların gəlirlərinin azalmasına səbəb olub. Bu insanar kredit borclarına görə öhdəliklərini yerinə yetirə bilmirlər. Lakin banklar kredit borcu olan vətəndaşlara bildirişlər göndərərək ödəniş tələb edir. Millət vəkili Rüfət Quliyev bankları hazırkı həssas dövrdə müştərilərə müəyyən güzəştlər etməyə çağırır.

Banklardan kredit ödənişlərinə müəyyən müddət verilməsindən əlavə yubanmalara görə də cərimə və peniyaların hesablanmasının dayandırılması təklif olunur.

Operativ qərargahın keçirdiyi son mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hökumət kredit borcu olan vətəndaşlarla bağlı dəstək proqramı üzərində işləyir.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə Makroiqtisadi sabitliyin qorunması üzrə İşçi Qrup yaradılıb və qrupun fəaliyyətinin nəticələri yaxın vaxtlarda açıqlanacaq.

atv.az

Mənbə: www.atv.az