Koronavirus bizə nəyi sübut etdi?

Koronavirus bizə nəyi sübut etdi?

ABŞ prezidenti DonaldTramp aprelayının 2-də “Twitter” sosialşəbəkəsində yazdığı tvitdə Səudiyyə Ərəbistanın şahzadəsiilə danışdığını bildirdi: “Mən indicə dostum olan Səudiyyə Ərəbistanı şahdazəsiMəhəmməd ibn Salmanla danışdım. O, Rusiya prezidenti Vladimir Putinlə əlaqəsaxlayıb. Mənim gözləntim və ümidim budur ki, onlar neft hasilatını 10 milyon barelvə ya daha çox azaldacaqlar. Əgər bu başverərsə, neft və qaz sənayesi üçün ƏLA olacaq”. Aprelin 6-da OPEC və qeyri-OPECölkələrinin nazirlərinin görüşü videokonfrans formatında baş tutacaq. Bukonfransda “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Neftin qiyməti 3 səbəbdənenmişdi. Birinci səbəb koronavirusundünyada yayılması idi, neftə tələbat azaldı. İkinci səbəb isə Səudiyyə Ərəbistanı ilə Rusiyanın neftin qiymətiilə bağlı razılığa gəlməməsi idi. Bundan sonra Səudiyyə Ərəbistanı dünyabazarına satdığı neftin qiymətini ucuzlaşdırdı.

Vyanada bir ay öncəkeçirilən danışıqlar uğursuzluqla nəticələndi. Rusiya neft hasilatını azaltmaqtəklifini rədd etdi. Bu uğursuzluğun nəticəsində Rusiyanın iri şirkətləri vəbankları dəyər itirdi. London Fond Birjasında şirkətlər 6-34%, banklar isə 23-27% dəyər itirdi. Daha sonra isə dollar75 rubla, avro isə 83 rubla qədər bahalaşdı. Dünya koronavirusla mübarizəapardığı müddətdə neftin bu dərəcə ucuzlaşmaşı neft ixrac edən ölkələr üçünagır zərbə oldu. Koronavirusla mübarizə çərçivəsində bir çox ölkələrdə fabrik vəzavodların fəaliyyəti müvəqqəti dayandırılıb. Bu da neft ixracatına böyük zərbəvurur. Zavod və fabriklərin dayanması neft və qazın dünya bazarında alıcısının azalmasıdeməkdir. Belə şəraitdə istehsal edilən nefti satmaq olduqca çətindir və satılmayanneft depolarda saxlanılır. Misal üçün, Pakistan xam və yanacaq neftin idxaledilməsini dayandırıb, buna səbəb isə ölkədə xam və yanacaq nefti saxlamaq üçünkifayət qədər deponun olmamasıdır.

Dünyanın iki ən böyükneft ticarətçisi olan “Vital” Qrupu və “Gunvor” Qrupu açıqlama veriblər ki, bəziticarətçilər dünya bazarında alıcı tapmadıqları üçün nefti depolamaq üçünsupertankerlərdən istifadə edərək nefti gəmilərdə saxlamaq məcburiyyətindədirlər.Əgər idxal tamamən dayanarsa, Rusiyanın 8 günlük, Səudiyyə Ərəbistanın 18 günlük,Amerikanın isə 30 günlük depolamaq imkanı var. Depoların çatışmazlığını nəzərəalsaq, neft istehsalı azalmalı və ya tamamən durmalıdır.

OCEP-in və tərəfdaş ölkələrinaprelin 6-dakı toplantıda razılığa gələcəyi ehtimal edilir. Ancaq bu razılığınşərtləri necə olacaq? Məsələ burasındadır ki, neft hasilatının azlaması qısa vəya orta müddət üçün neftin qiymətinin qalxamasına səbəb olmayacaq. Əlbəttə, beləbir qərar alınsa, neftin qiymətində artış olacaq. Amma 55-60 səviyyələrinəqalxması qısa dövr üçün mümkün deyil. Yeri gəlmişkən, Azərbaycanın builki büdcəsindəneftin 1 bareli 55 dollardan hesablanıb. Ancaq artıq bu proqnozun özünüdoğrultmayacğı aydındır. İfrat dərəcədə neftin hasil olunması, digər tərəfdən dünyabazarında kifayət qədər alıcının az olması indiki dövrdə qiymətlərin öncəki səviyyələrəqalxmasının qarşısını alır. Əslində aprelin 6-da keçirilməsi nəzərdə tutulaniclas yaxın dövr üçün bir çox şey vəd etmir. Koronavirus probleminə həllinitapılmamış neftin qiymətini öncəki səviyyələrə qədər qaldırmaq mümkünolmayacaq.

Bütün bu proseslər onu göstərirki, neft ölkəsi olan Azərbaycan da gələcək inkişafını neft və qazın satışınabağlamamlıdır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev iqtisadi inkişafnaziri ilə son görüşündə vurğuladı ki, neft gəlirlərinə artıq ümid etmək olmaz,iqtisadiyyatı qeyri-neft sektoruna kökləmək lazımdır. Bu baxımdan gələnilki büdcədəneftin qiymətlərini artıq mövcud duruma və risqlərə görə hesablamaq lazım gələcək.Başqa sözlə, elə düşünmək lazımdır ki, artıq iqtisadiyyatımız, gəlirimiz vəinkişafımız neft gəlirlərindən asılı olmayacaq.

 

Şahin Quliyev, iqtisadi təhlilçi

Mənbə: moderator.az